Azərbaycanda ümumi təhsil sahəsində yeni tənzimləmələr həyata keçiriləcək

Azərbaycanda ümumi təhsil sahəsində yeni tənzimləmələr həyata keçiriləcək

19 İyun 2026

Milli Məclis dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbitini ilk oxunuşda qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi mövcud qaydaların hüquqi əsaslarını daha da dəqiqləşdirmək və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid yanaşma əsasında tətbiqini təmin etməkdir.

Sənəddə həmçinin təhsilverənlər üçün də geyimlə bağlı hüquqi əsasın yaradılması vurğulanıb.

Bildirilib ki, dəyişiklik dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da möhkəmləndirilməsinə yönəlib.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.