Azərbaycanın maliyyə nazirinə yeni müavin təyin olunub - SƏRƏNCAM
Həsənov Natiq Namiq oğlu maliyyə nazirinin yeni müavini təyin olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb.
Bu təyinatadək N. Həsənov Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.









