Ötən il Azərbaycanda 1252 avtoqəza olub

Ötən il Azərbaycanda 1252 avtoqəza olub

09 Yanvar 2026

2025-ci ildə ölkə ərazisində 1252 yol-nəqliyyat hadisəsi baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği şöbəsinin rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev bildirib.

Bildirilib ki, bu hadisələr nəticəsində 689 nəfər ölüb.

Qeyd edək ki, 2024-cü ildə isə yol qəzaların sayı 1427, ölənlərin sayı 764 nəfər olub.