Ötən il 10 ildən yuxarı təcrübəsi olan sürücülər 488 avtoqəza törədib
Azərbaycanda 2025-ci il ərzində 10 ildən yuxarı təcrübəsi olan sürücülər 488 yol-nəqliyyat hadisəsi törədib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, sürücünün həddindən artıq özünə güvənməsi sürətin düzgün seçilməməsinə, təhlükəsiz ara məsafəsinin saxlanılmamasına, riskli manevrlərə səbəb olur:
"Bəzən sürücülər uzun illər sükan arxasında olmasına, tanış marşruta və ya avtomobilinin texniki imkanlarına güvənərək riskləri düzgün qiymətləndirmir".








