Bu il əhaliyə verilən sosial müavinətin məbləği açıqlanıb
Bu ilin yanvar-oktyabr aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 8,75 milyard manat vəsait ödənilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 764 milyon manat və ya 9,55 % çoxdur.








