Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Əhməd Abdulkərim oğlu Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, bu təltifə Azərbaycan Respublikasında təhsil sahəsində xidmətlərinə görə layiq görülüb.
Qeyd edək ki, sabiq deputat Əhməd Vəliyevin bu gün 80 yaşı tamam olur.








