Ceyhun Bayramov Ümumi Debatlarının rəsmi açılışında iştirak edib

Ceyhun Bayramov Ümumi Debatlarının rəsmi açılışında iştirak edib

22 Sentyabr 2026

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasının (UNGA81) Ümumi Debatlarının rəsmi açılışında iştirak edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə səhifəsində məlumat paylaşıb.

"Ümumi Debatlar aktual qlobal və regional çağırışlar ətrafında fikir mübadiləsi aparmaq və sülh, təhlükəsizlik və dayanıqlı inkişaf naminə beynəlxalq əməkdaşlığı irəlilətmək üçün dünya liderlərini və Üzv Dövlətlərin nümayəndələrini bir araya gətirir", - məlumatda bildirilib.

https://x.com/AzerbaijanMFA/status/2102407634645098911