Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Sentyabrın 23-də 35/10 kV-luq Nəzərabad yarımstansiyasından qidalanan 10 kV-luq Şıxmahmud hava elektrik xəttində işlər aparılacaq.
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, bununla əlaqədar saat 14:30-dan 16:30-dək Babək rayonunun Şıxmahmud, Xəlilli kəndləri və Uzunoba gölünün ətraf ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.
İşlərin başa çatdırılmasından sonra qeyd olunan ərazilərdə elektrik enerjisinin daha keyfiyyətli, fasiləsiz və dayanıqlı təchizatının təmin edilməsi nəzərdə tutulur.








