Dələduzluqda şübhəli bilinən SMM saxlanılıb

Dələduzluqda şübhəli bilinən SMM saxlanılıb

08 Yanvar 2026

Özünü sosial media meneceri kimi təqdim edərək müxtəlif mağaza və obyekt sahiblərinə qarşı dələduzluq etməkdə şübhəli bilinən 26 yaşlı Aysu Hüseynova saxlanılıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o, həmin məkanların sosial şəbəkədə reklamlarını təşkil edəcəyi barədə yalan vədlər verib və bu yolla zərərçəkənlərin 16 min manatdan çox pulunu ələ keçirib.

Daha sonra A.Hüseynova üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib onlarla əlaqəni kəsib. Araşdırmalarla saxlanılan şəxsin bu üsulla ümumilikdə 13 nəfəri aldatdığı müəyyən edilib.

Vətəndaşlardan daxil olan şikayətlərlə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.