Naxçıvan avtobus parkında asfalt örtüyü yenilənir -

Naxçıvan avtobus parkında asfalt örtüyü yenilənir - FOTO

01 İyun 2026

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Naxçıvan avtobus parkının ərazisində təmir-bərpa işləri həyata keçirilir.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, aparılan işlər çərçivəsində deformasiyaya uğramış köhnə asfalt-beton örtüyü frezlənərək ərazidən kənarlaşdırılır. Daha sonra səthin hamarlanması və hərəkətin əlverişli vəziyyətə gətirilməsi məqsədilə yeni asfalt-beton örtüyünün verilməsi işləri icra olunur.

Görülən tədbirlər nəticəsində avtobus parkının ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkəti təmin olunacaqdır.

Təmir-bərpa işlərinin qısa müddət ərzində başa çatdırılması nəzərdə tutulur.