Əbrəqunus Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya təşkil edilib -

Əbrəqunus Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya təşkil edilib - FOTO

18 İyun 2025

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində  Culfa Rayonunun Əbrəqunus Kənd Ailə Sağlamlıq Mərkəzində genişmiqyaslı tibbi aksiya keçirilmişdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiya zamanı kənd sakinləri terapevtik, oftalmoloji, ginekoloji və digər ixtisaslar üzrə peşəkar həkimlər tərəfindən müayinə olunmuş, vətəndaşlara fərdi sağlamlıq vəziyyətlərinə uyğun tibbi məsləhətlər verilmişdir. Eyni zamanda ilkin diaqnostik tədbirlər aparılmış, zərurət yarandığı hallarda vətəndaşlar ixtisaslaşdırılmış tibb müəssisələrinə yönləndirilmişdir.

Qeyd edək ki, tibbi aksiyada ümumilikdə 200-ə yaxın vətəndaş iştirak etmişdir. Bu cür tədbirlər əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.