
Ətraf Mühitin Mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun məqsədi nədən ibarətdir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Ətraf Mühitin Mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun məqsədi nədən ibarətdir?
Cavab: Bu Qanun ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov