Hansı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər? -

Hansı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər? - HÜQUQ MƏSLƏHƏTİ

05 İyun 2025

Sual: Hansı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər?

Cavab: İcra haqqında Qanunun 18-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər.

1) borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda;

2) borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda;

3) icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə;

4) borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda;

Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Şahmar Həşimov.