Hüquqları pozmağa görə hansı məsuliyyət nəzədə tutulub? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əmək Məcəlləsi ilə müəyyən olunmuş hüquqları pozmağa görə hansı məsuliyyət nəzədə tutulub?
Cavab: İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








