Məhdud fəaliyyət qabiliyyətli şəxsin cinayət prosesində edə bilmədiyi prosessual hərəkətlər... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət prosesinin məhdud fəaliyyət qabiliyyətli iştirakçısı qanuni nümayəndəsinin razılığı olmadan hansı prosessual hərəkətləri edə bilməz?
Cavab: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət prosesinin məhdud fəaliyyət qabiliyyətli iştirakçısı qanuni nümayəndəsinin razılığı olmadan barəsində cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətin edilməsinə dair şikayətdən imtina etmək; zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq; ona qarşı verilmiş mülki iddianı qəbul etmək; ona qarşı verilmiş mülki iddiadan imtina etmək vəöz qanuni mənafeyinin müdafiəsi üçün verilmiş şikayətdən imtina etmək prosessual hərəkətlərini edə bilməz.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov








