İnzibati icraatda hansı şəxslər şahid kimi sorğu-sual edilə bilməz? -

İnzibati icraatda hansı şəxslər şahid kimi sorğu-sual edilə bilməz? - HÜQUQ MƏSLƏHƏTİ

10 Fevral 2026

Sual: İnzibati icraatda hansı şəxslər şahid kimi sorğu-sual edilə bilməz?

Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 68-ci maddəsinə əsasən aşağıdakı şəxslər şahid kimi sorğu-sual edilə bilməz:

Fiziki və ya psixi pozuntularına görə iş üçün əhəmiyyətli halları dərk edə və düzgün izahat verə bilməyən şəxslər;

Müdafiəçi vəzifəsini icra edərkən inzibati xəta törətmiş şəxsdən əldə etdiyi məlumatlar barədə həmin şəxsin müdafiəçisi;

Nümayəndəlik (qanuni nümayəndə) vəzifəsini icra edərkən məlum olmuş hallar barədə fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi;

“Mediasiya haqqında” Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, mediasiya zamanı məlum olan məlumatlar barədə mediasiya iştirakçıları və digər şəxslər;

Arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlər.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri - Elməddin Bağırov