İşdən qanunsuz çıxarılmış 80 nəfər əvvəlki işinə bərpa edilib
Ötən il işəgötürənlər 842,3 min manat vəsaitin işçilərə ödənilməsini gecikdirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, artıq işəgötürənlər həmin vəsaiti işçilərə ödəyib. Bu vəsaitin 94 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlərin ödəyəcəkləri müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Bundan başqa, 89 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyənləşib və onlar yenidən əvvəlki işlərinə bərpa olunublar.








