Ötən il uşağın anadan olmasına görə 98 mindən çox şəxsə birdəfəlik müavinət verilib
2025-ci ilin yanvar-dekabr ayları ərzində 98 min 381 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Müavinət ödənişləri 45 274 nəfər qız, 53 107 nəfər oğlan uşağına görə aparılıb.








