Ötən il 56 aptekdə reseptsiz dərman satışı aşkarlanıb

Ötən il 56 aptekdə reseptsiz dərman satışı aşkarlanıb

11 Yanvar 2026

Ötən il Azərbaycanda 56 aptekdə reseptsiz dərman satışı aşkarlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, həmin apteklərdə reseptlə satılmalı olan dərman vasitlərinin reseptsiz satışına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib edilib.