İtirilmiş əşyaların dəyəri necə ödənilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə xitam verildikdə xarab olmuş, məhv edilmiş və ya itirilmiş əşyaların dəyəri necə ödənilir?
Cavab: Belə hallarda əşyaların dəyəri onların sahibinə və ya qanuni mülkiyyətçisinə prosessual vəziyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına tam şəkildə ödənilir.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Ülvi Hüseynov








