Qızıl və Bitkoin ucuzlaşıb

Qızıl və Bitkoin ucuzlaşıb

19 İyun 2026

"Comex" birjasında avqust ayı üçün qızıl fyuçerslərinin qiyməti 12 iyundan bəri ilk dəfə troy unsiyası üçün 4200 ABŞ dollarından aşağı düşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Bakı vaxtı ilə 06:06 etibarilə qızılın qiyməti 1,12% azalaraq 1 troy unsiyası üçün 4 198,2 dollara düşüb.

Eyni zamanda, 2026-cı ilin iyul ayında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti troy unsiyası üçün 64,82 dollar (-2,25%) təşkil edib.

Bu arada bazar kapitallaşması baxımından iki aparıcı kriptovalyuta olan Bitkoin və Ethereumun da dəyəri azalmaqdadır. Bitkoin 2,57% ucuzlaşaraq 62.977 dollara, Ethereum isə 2,77% ucuzlaşaraq 1.707 dollara düşüb.