Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festival davam edir - FOTO
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı davam edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir çərçivəsində Qərbi Azərbaycanın tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərinə həsr olunmuş sərgilər, folklor və musiqi nümunələri, aşıq sənəti ifaları, rəsm və xalçaçılıq ekspozisiyaları nümayiş olunur.
Festival iştirakçıları Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, məişəti və incəsənətini əks etdirən sərgilərlə tanış olurlar. Eyni zamanda bölgənin mədəni irsini əhatə edən kitab, jurnal və digər nəşrlər təqdim edilir.
Konqres-festival çərçivəsində panel müzakirələr də keçirilib. Müzakirələrdə Qərbi Azərbaycan mövzusunun elmi əsasları, tarixi yaddaşın qorunması, arxiv materiallarının toplanması, folklor və etnoqrafik irsin araşdırılması, eləcə də bu istiqamətdə görülən işlər diqqətə çatdırılıb.
Tədbir işini davam etdirir.












