Naxçıvanda şahmat turniri keçiriləcək

Naxçıvanda şahmat turniri keçiriləcək

22 Oktyabr 2025

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə 30 oktyabr -5  noyabr 2025-ci il tarixlərində Naxçıvan Şahmat Mərkəzində “8 Noyabr – Zəfər Günü”nə həsr  olunmuş şahmat üzrə Naxçıvan  reytinq turniri keçiriləcək.

“İsveçrə” sistemi üzrə 9 turdan ibarət  turnirdə FIDE ID hesabı olan hər bir kəs iştirak edə bilər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, turnirdə iştirak etmək istəyən şahmatçılar yarış elan olunduğu gündən etibarən 30 oktyabr 2025-ci il saat  14:00-dək Naxçıvan Şahmat Mərkəzinə müraciət etməklə və ya 0556080828 vatşap nömrəsinə yazaraq qeydiyyatdan keçə bilərlər.  

️Turnirin gündəlik nəticələri və xal cədvəli www.chess-results.com saytında yerləşdiriləcək.

️Yekun nəticələrə əsasən I yerə 500, II yerə 300, III yerə 150 manat pul mükafatı, kubok, medal və diplomlar təqdim olunacaq.  Həmçinin, 8, 10, 12,14 yaşadək oğlan və qız şahmatçılar arasında hər yaş kateqoriyası üzrə ən çox xal toplayan şahmatçılar əlavə olaraq 50 manat pul  və  diplomla mükafatlandırılacaq.

Qeyd edək ki, turnirin təşkilində məqsəd "Zəfər Günü"nün qeyd olunması ilə yanaşı Naxçıvan Muxtar Respublikasında şahmatın təbliği və inkişafına, şahmatçıların oyun təcrübəsinin və beynəlxalq reytinqinin artırılmasına nail olmaqdır.