Müdafiə naziri Belarus Respublikasının müdafiə naziri ilə görüşüb -

Müdafiə naziri Belarus Respublikasının müdafiə naziri ilə görüşüb - VİDEO

15 Sentyabr 2026

13-cü Pekin Syanşan Forumunda iştirak etmək məqsədilə Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib.  

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə nazirlər Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.