Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB
Xocavənd şəhərində 135 nəfərdən ibarət 33 ailəyə, Qırmızı Bazar qəsəbəsində 44 nəfərdən ibarət 9 ailəyə, Quzeyxırman kəndində isə 41 nəfərdən ibarət 8 ailəyə mənzillərin açarları təqdim edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.








