Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə hansı qaydada nizmalanmışdır? -

Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə hansı qaydada nizmalanmışdır? - HÜQUQ MƏSLƏHƏTİ

25 Dekabr 2025

Sual: Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə hansı qaydada nizmalanmışdır?

Cavab: Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:

1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə;

2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə;  

3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə;  

4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov