Xankəndidə “Kənddən şəhərə” Yeni il yarmarkası açılıb

Xankəndidə “Kənddən şəhərə” Yeni il yarmarkası açılıb

27 Dekabr 2025

Bu gün Xankəndidə Kənd Təsərrüfatı Nazirliyi və quruma məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə "Kənddən şəhərə" Yeni il yarmarkası keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Yarmarkanın əsas məqsədi yerli fermerlərin məhsullarının satışına dəstək göstərilməsi, eyni zamanda əhalinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə daha əlçatan qiymətlərlə təmin edilməsidir.

Yarmarkada iştirak edən fermerlər öz təsərrüfatlarından gətirdikləri təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını satışa çıxarıblar. Təklif olunan məhsullar bazar qiymətlərindən aşağı qiymətlərlə təqdim edilir. Bu da alıcıların marağına səbəb olub. Yarmarkada müşahidə olunan canlanma sakinlərin təşəbbüsü müsbət qarşıladığını göstərir.