
Naxçıvan Dövlət Filarmoniyasının solisti Habil Qasımovun solo konserti keçirilib.
Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən konsertdə Habil Qasımovu Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı müşayiət edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Habil Qasımov, Zamin Vəliyev və Bəhruz Quliyevin ifalarında “Rast təsnifləri”, “Güllü qafiyə”, “Zabul təsnifləri”, “Şur təsnifləri”, “Segah təsnifləri” və digər musiqi nömrələri təqdim olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, ansamblın bədii rəhbəri – Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, konsertmeysteri isə Əşrəf Behbudovdur.