Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyədə beynəlxalq səhnədə çıxış edib -

Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyədə beynəlxalq səhnədə çıxış edib - FOTO

31 May 2025

Mayın 30-da Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Dənizli şəhərində keçirilən "37. Uluslararası Amatör Tiyatro Festivali" çərçivəsində uğurla çıxış edib. Teatr kollektivinin təqdim etdiyi Qriqori Qorinin "Herostratı unudun" tamaşası tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, festivalda iştirak Azərbaycan teatr sənətinin beynəlxalq aləmdə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.