Naxçıvan rəssamları Gürcüstanda beynəlxalq festivalda iştirak ediblər - FOTO
19–24 oktyabr tarixlərində Gürcüstanın Tbilisi Dövlət Universitetində gürcü rəssamı Tamaz Xutsişvilinin xatirəsinə həsr olunmuş III Beynəlxalq festival təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, festivalda dünyanın 5 ölkəsindən 20-yə yaxın rəssam iştirak edib. Azərbaycanı tədbirdə Naxçıvan Rəssamlar Birliyinin üzvləri Həbib Allahverdiyev və Murad Babayev təmsil ediblər.
Festival çərçivəsində iştirakçılar Gürcüstanın tarixi məkanları ilə tanış olub, müxtəlif texnikalardan istifadə etməklə rəsm əsərləri yaradıblar.
Tədbirin sonunda iştirakçıların əsərlərindən ibarət sərgi açılıb. Festivalda iştirak edən rəssamlar sertifikatlarla təltif olunublar.












