Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
2027-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 198 milyon manatı və yaxud 0,5 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə "2027-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6,4 % azdır.
Naxçıvana dotasiya ümumi dövlət xidməti xərclərinin 3,6 %-ni təşkil edəcək.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.








