Naxçıvanda 57 nömrəli qazanxanada yenidənqurma işləri aparılır

Naxçıvanda 57 nömrəli qazanxanada yenidənqurma işləri aparılır - FOTO

24 Oktyabr 2026

Naxçıvan şəhərində istilik təchizatı infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görülən işlər çərçivəsində 57 nömrəli qazanxanada yeni kollektorlar quraşdırılıb. İstismar müddətini başa vurmuş köhnə qazanlar sökülüb, onların yerləşdiyi sahələrdə hörgü işləri aparılıb.

Aparılan işlər istilik sisteminin modernləşdirilməsinə, onun daha səmərəli və etibarlı fəaliyyətinin təmin olunmasına xidmət edir.