Naxçıvanda Əməkdar jurnalist reanimasiyaya yerləşdirilib – vəziyyəti ağırdır

Naxçıvanda Əməkdar jurnalist reanimasiyaya yerləşdirilib – vəziyyəti ağırdır

02 Noyabr 2026

Naxçıvanda Əməkdar jurnalist Muxtar Məmmədovun səhhəti pisləşib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hemorragik insult keçirən jurnalist reanimasiyaya yerləşdirilib.

Hazırda Muxtar Məmmədovun vəziyyəti sabit-ağır qiymətləndirilir.

Qeyd edək ki, Muxtar Məmmədov uzun illər “Şərq qapısı” qəzetində məsul katib vəzifəsində çalışıb. Hazırda təqaüddədir.