Üstünlük hüququ olan nəqliyyat vasitələrinə yol verməməyin cəriməsi nə qədərdir? -

Üstünlük hüququ olan nəqliyyat vasitələrinə yol verməməyin cəriməsi nə qədərdir? - HÜQUQ MƏSLƏHƏTİ

02 Noyabr 2026

Sual: Keçid üstünlüyü hüququ olan nəqliyyat vasitələrinə yol verməməyə və ya onların müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşulmağa görə hansı məsuliyyət nəzərdə tutulur?

Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, xüsusi səs siqnalı və qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik nəqliyyat vasitələrinə yol verməməyə, eləcə də onların müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməyə görə 100 manat məbləğində cərimə tətbiq edilir.

Sual Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Elməddin Bağırov tərəfindən cavablandırıldı.