Ramin Məmmədov Şərurda vətəndaşların müraciətlərini dinləyib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şərurda vətəndaşların müraciətlərini dinləyib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə komitədən məlumat verilib.
Qeyd edilib ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad edilib.
Qəbul zamanı Naxçıvan Muxtar Respublikasının Şərur, Babək, Sədərək və Kəngərli rayonlarından olan vətəndaşlar məscid təmiri, maarifləndirmə işinin genişləndirilməsi, dini təhsil, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.









