Naxçıvanda gənclər üçün düşərgə təşkil olunub -

Naxçıvanda gənclər üçün düşərgə təşkil olunub - FOTO

17 Oktyabr 2025

“Konstitusiya və Suverenlik İli” əlaqədar Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə “Komanda ruhu” adlı gənclər düşərgəsi təşkil olunub. Gənclər arasında komanda ruhunun formalaşdırılması, qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət bacarıqlarının artırılması məqsədilə müxtəlif fəaliyyətlər icra olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən,  Ağbulaq İstirahət Mərkəzində keçirilən düşərgədə gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev iştirak ediblər. Qurum rəhbərləri gənclərlə görüş zamanı komanda işinin və birgə fəaliyyətin şəxsi inkişafda, həmçinin ictimai fəallığın artırılmasında mühüm rol oynadığını vurğulayıb, gənclərin asudə vaxtının səmərəli təşkili, istedad və qabiliyyətlərinin dəstəklənməsi istiqamətində davamlı addımlar atıldığını diqqətə çatdırıblar. Gənclər tədbirin təşkilinə görə minnətdarlıq edib, gələcək perspektivdə fikir və təkliflərini ifadə ediblər.  

Bir günlük düşərgə müddətində “Nə? Harada? Nə zaman?” intellektual oyunu, Turqay Babayevin təqdimatında “Uğurlu komanda necə olur?” mövzusunda təlim keçirilib, fərqlənən komandalar  mükafatlandırılıb. İştirakçılar birgə və əyləncəli vaxt keçirirdikdən sonra heyət Naxçıvan şəhərinə geri dönüb.