Naxçıvanda hava şəraiti dəyişəcək
Naxçıvan Muxtar Respublikası ərazisində yanvar ayının 9-u axşam saatlarından başlayaraq 10-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, proqnozlara əsasən, əsasən dağlıq ərazilərdə qar yağacaq, ayrı-ayrı yerlərdə isə duman müşahidə ediləcək.
Qərb küləyinin 5–10 m/s sürətlə əsəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi bildirilir.
Havanın temperaturu gündüz saatlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam və gecə saatlarında isə 7–12 dərəcə şaxta təşkil edəcək.
Sürücülərə və dağlıq ərazilərə səfər edən vətəndaşlara hava şəraitini nəzərə almaları tövsiyə olunur.








