Naxçıvanda media nümayəndələri təltif edilib

Naxçıvanda media nümayəndələri təltif edilib

21 İyul 2025

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikasının media nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasında media sahəsində xüsusi xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilsin:

 Əzimova Sara Nurəddin qızı

 Mirzəyeva Məhəbbət Bədəl qızı

 Şirəliyeva Şəhla Kifayət qızı.

2.Naxçıvan Muxtar Respublikasında media sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə

 Babayev Məmməd İlqar oğlu

 Hüseynov Rövşən Qurbanəli oğlu

 Quliyev Nicat Vəli oğlu

 Məhərrəmov Aqşin Məhərrəm oğlu

 Məhərrəmov Cəmil İldırım oğlu

 Məmiyev Röyal Məhərrəm oğlu

 Məmmədov Ceyhun Eyvaz oğlu

 Mirzəyeva Sona Rövşən qızı

 Rəsulova Ruhiyyə Hacı qızı

 Talıbova Səadət Mənsim qızı

 Rəşadətli əməyə görə” nişanı ilə

 Balayeva Çinarə İsa qızı

 Mahmudova Kifayət Namik qızı

 Məmmədov Novruz Namidər oğlu

 Nur Günel Alməmməd qızı

 Tahirli Rəmzi Surxay oğlu

 Xudiyev Əli Rza oğlu".