Süleyman Neymətov Kəngərli rayonunda vətəndaşları qəbul edəcək

Süleyman Neymətov Kəngərli rayonunda vətəndaşları qəbul edəcək

22 İyul 2025

Naxçıvan Muxtar  Respublikasının daxili işlər naziri, polis general-mayoru cənab Süleyman Neymətov  tərəfindən iyul ayının 24-də  Kəngərli Rayon Polis Şöbəsinin inzibati binasında saat 10:00-da vətəndaşların qəbulu keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 24.07.2025-ci il tarixədək Kəngərli Rayon Polis Şöbəsinə, habelə Naxçıvan MR DİN-in sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.