Naxçıvanda yaşayış binasında yanğın baş verib

Naxçıvanda yaşayış binasında yanğın baş verib

22 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 54 m² olan mənzilin 6 m² sahəni əhatə edən mətbəxinin bir hissəsi yanıb, mənzilin böyük hissəsi yanğından mühafizə edilib.