
Naxçıvanlı idmançı Qusarda ikinci oldu
Qusar şəhərində 11 və 22 kilometr məsafələri əhatə edən “Zirvəyə doğru” qaçışı təşkil olunub. Fərqli yaş və təcrübə səviyyələrindən olan iştirakçılar üçün nəzərdə tutulmuş yarışın əsas məqsədi sağlam həyat tərzini təşviq etməkdən ibarət olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yarışa Ordubad rayonundan qatılan atlet Əmrah Nağıyev 11 kilometr məsafədə mübarizə aparıb. Həmin məsafəni tamamlamaq üçün 40 dəqiqə 8 saniyə vaxt sərf edən Əmrah finişə ikinci çataraq gümüş medal qazanıb.
Xatırladaq ki, müxtəlif məsafələrdə Azərbaycan birinciliklərinin, beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan Əmrah Nağıyev Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanda keçirilən beynəlxalq marafonların daimi iştirakçısıdır.