
Nazir müavini: Operativ və geniş məzmunlu xəbərlərlə seçilirsiniz
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov “NAXÇIVANXƏBƏRLƏRİ” informasiya portalının 10 illik yubileyi münasibətilə portalın rəhbərliyini və kollektivini təbrik edib.
Təbrik məktubunda vurğulanıb ki, ötən 10 il ərzində portal muxtar respublikanın mədəni həyatında baş verən mühüm hadisələrin operativ şəkildə ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayıb:
“Portalınız gündəlik və ya real vaxtda yayımlanan xəbərlər, analizlər və aktual məlumatlarla istifadəçiləri təmin edir. Eyni zamanda həm qlobal, həm də yerli xəbərləri əhatə edən geniş məzmunla zəngindir və istifadəçilərə öz maraq dairələrinə uyğun məlumatları təqdim edir".
Həsən Seyidov qeyd edib ki, Mədəniyyət Nazirliyi ilə “NAXÇIVANXƏBƏRLƏRİ” portalı arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində qurulan əlaqələrdən məmnunluq duyulur. Sonda portal kollektivinə gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulanıb.