NDU nəzdində Gimnaziya ölkənin ən yaxşı 20 məktəbi sırasında
Naxçıvan Dövlət Universiteti nəzdində Gimnaziya buraxılış imtahanlarında növbəti uğura imza atıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə NDU sosial şəbəkə hesablarında məlumat paylaşıb.
Məktəb riyaziyyat fənni üzrə 82,44 faiz nəticə göstərərək ölkə üzrə ən yüksək nəticə əldə edən ilk 20 ümumtəhsil müəssisəsi sırasında qərarlaşıb.
Əldə olunan nəticə gimnaziyada tədrisin keyfiyyətinin, müəllim kollektivinin peşəkarlığının və şagirdlərin məqsədyönlü hazırlığının göstəricisi kimi qiymətləndirilir.








