Azər Məmmədrəhimov Ordubadda vətəndaş qəbulu keçirəcək
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2026-cı il üzrə rayonlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, iyulun 30-u saat 11:00-da Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov Ordubad rayonunda vətəndaşları qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin Ordubad Rayon Sektorunda keçiriləcək.
Vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün Nazirliyin (036) 550-99-04 və (010) 230-71-65 nömrələri ilə əlaqə saxlaya bilərlər.








