Ordubadın yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb

Ordubadın yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb

27 Dekabr 2025

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

Hazırda bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 25, Parağaçaq Qar Uçqunu Stansiyasında 4, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə 3 sm qeydə alınıb.