Ötən il 106 mühafizə orderi verilib
2025-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) müraciəti əsasında 106 mühafizə orderi verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Hüquqi təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, həmin mühafizə orderləri məişət zorakılığı ilə bağlıdır və qısamüddətlidir.
Xatırladaq ki, Dövlət Komitəsinin müraciəti əsasında 2024-cü ildə 108 mühafizə orderi verilmişdi.








