"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib

"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib

02 İyun 2026

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Paysis" MMC-yə verilmiş 11 iyul 2024-cü il tarixli elektron pul təşkilatı lisenziyası ləğv edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu qərar "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 54.1.1-ci maddəsinə əsasən qəbul olunub.

Xatırladaq ki, "Paysis" bundan əvvəl qumar oyunları təşkil etməkdə ittiham olunub və AMB ötən ilin dekabr ayında onun fəaliyyətini dayandırıb

Bununla da, ölkədə lisenziyalı elektron pul təşkilatlarının sayı 13-ə düşüb.