Qızılın qiyməti tarixi maksimuma çatıb

Qızılın qiyməti tarixi maksimuma çatıb

28 Mart 2025

Qızılın qiyməti tarixi maksimuma çatıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" “Comex” birjasına istinadla xəbər verir.

Belə ki, sarı metalın qiyməti martın 27-də bir unsiya üçün 3 100 dollardan (+1,58 %) yuxarı qalxıb.

Eyni zamanda, aprel ayında çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti 0,88 % artaraq bir unsiya üçün 3 065,3 dollar təşkil edib.