
Rafail Quliyev Culfada vətəndaşları qəbul edəcək
İyulun 4-ü saat 10:00-da Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar nagro.gov.az elektron ünvanı vasitəsilə və ya (060) 596-69-62 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.