Gecə vaxtı yerinə yetirilən işin müddəti hansı hallarda qısaldıla bilər? -

Gecə vaxtı yerinə yetirilən işin müddəti hansı hallarda qısaldıla bilər? - HÜQUQ MƏSLƏHƏTİ

01 İyul 2025

Sual: Gecə vaxtı yerinə yetirilən işin müddəti hansı hallarda qısaldıla bilər?

Cavab: Əmək qanunvericiliyinə əsasən Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov